“Qəbələ” Topaz Premyer Liqasının III turunun hazırlığını davam etdirir. “Qırmızı-qaralar” Gəncənin “Kəpəz” klubu ilə ev oyununa Qəbələ şəhər stadionunda hazırlaşır. UEFA Avropa Liqasının pley-off mərhələsinin “Panatinaikos”la (Yunanıstan) Bakıda keçirilən ilk oyunundan (0:0) sonra məşqlərə ara verməyən komandamız Qəbələyə qayıdaraq, ilk məşqini gerçəkləşdirib. Dünən baş tutan axşam məşqinə “Qəbələ” tam heyətlə çıxıb. İtkisiz hazırlaşan komandamız əsasən toplu çalışmalara üstünlük verib. Roman Qriqorçukun yetirmələrinin növbəti – oyunöncəsi son məşqi bu gün axşam baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” – “Kəpəz” matçı avqustun 23-də keçiriləcək. Oyun saat 21:00-da başlayacaq.
Topaz Premyer Liqası
III tur 23 avqust
21:00. “Qəbələ” – “Kəpəz”
Baş hakim: Orxan Məmmədov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Rəvan Həmzəzadə
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu