Topaz Premyer Liqasında VII turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Qəbələ şəhər stadionunda “Kəpəz” ilə görüşəcək “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Sentyabrın 29-da keçiriləcək oyunu İnqilab Məmmədov idarə edəcək. Onun köməkçiləri Vaqif Musayev və İsgəndər Əliyev olacaq. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Namiq Məstanov, hakim-inspektor Vüsal Əliyev olacaq.
Xatırladaq ki, sentyabrın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Kəpəz” matçı saat 18:30-da başlayacaq.
Topaz Premyer Liqası
VII tur
29 sentyabr (cümə)
18:30. “Qəbələ” – “Kəpəz”
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Vaqif Musayev, İsgəndər Əliyev
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu