Topaz Premyer Liqasında XXV turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ikinci günündə Qəbələ şəhər stadionunda “Kəpəz”i qəbul edəcək “Qəbələ”nin matçına təyinatlar bəlli olub. Aprelin 28-də keçiriləcək oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli olacaq. Orxan Məmmədov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Matçın AFFA nümayəndəsi Eldəniz Musayev, hakim-inspektoru Murad Məmmədov olacaq.
Xatırladaq ki, aprelin 28-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Kəpəz” matçı saat 18:00-da başlayacaq.
Topaz Premyer Liqası
XXV tur
28 aprel (şənbə)
18:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu