«Qəbələ» - «Kəpəz» oyunu təxirə salındı
Xəbərlər / 31 Oktyabr 2015 | 16:45239
«Qəbələ» - «Kəpəz» oyunu təxirə salındı

Topaz Premyer Liqasının XI turunun “Qəbələ” – “Kəpəz” oyunu təxirə salınıb. Bu gün keçirilməli olan qarşılaşma qatı duman səbəbindən dayandırılıb. Bu üzdən görüşü idarə edən hakimlər briqadasının matçı 29-cu dəqiqədə saxlamalı olub.
Hesab 0:1 olarkən dayandırılan “Qəbələ” – “Kəpəz” oyununun sabah davam etdirilməsi qərara alınıb. Matçın oynanılmayan hissəsi saat 20:00-da bərpa olunacaq.
Matçın oynanılan hissəsində vurulan qol 2-ci dəqiqəyə təsadüf edib. Qonaqların ukraynalı hücumçusu Aleksandr Sitnik hesabı açıb.