Topaz Premyer Liqasının XIV turunun təyinatları açıqlanıb. Dekabrın 17-də keçiriləcək oyunların hakimləri, AFFA nümayəndələri və hakim-inspektorları bəlli olub. Öz meydanında “Kəpəz”lə qarşılaşacaq “Qəbələ”nin matçına da təyinat alan rəsmilər müəyyənləşib. Qəbələ şəhər stadionunda baş tutacaq görüşü Əliyar Ağayev idarə edəcək. FİFA hakiminin köməkçiləri Rza Məmmədovla Rahil Ramazanov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ziya Nəsirov yerinə yetirəcək. Ədalət təmsilçilərinin işinə Murad Məmmədov qiymət verəcək. Oyunun AFFA nümayəndəsi Eldar Qasımov olacaq.
Xatırladaq ki, dekabrın 17-də baş tutacaq “Qəbələ” – “Kəpəz” matçı saat 14:00-də başlayacaq.
Topaz Premyer Liqası
XIV tur
17 dekabr (şənbə)
14:00. “Qəbələ” – “Kəpəz”
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Rahil Ramazanov
Dördüncü hakim: Ziya Nəsirov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ şəhər stadionu