Misli Premyer Liqasında XI turun təyinatları açıqlanıb. Oktyabrın 20-23-də keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Kəpəz”lə qarşılaşmasının təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın matçını Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Elşad Abdullayev və Kamran Bayramov olacaq. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.
Xatırladaq ki, oktyabrın 22-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” qarşılaşması saat 16:00-da başlayacaq.
Misli Premyer Liqası
XI tur
22 oktyabr (şənbə)
16:00. “Qəbələ” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Kamran Bayramov, Əli Əliyev
Hakim-inspektor: İmanxan Sultani
Qəbələ şəhər stadionu