«Qəbələ» - «Kəpəz» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 27 May 2023 | 11:512068
«Qəbələ» - «Kəpəz» oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında XXXVI turun ilk gününün təyinatları açıqlanıb. Bu gün keçiriləcək matçların hakimləri də müəyyənləşib. “Qəbələ”nin “Kəpəz”lə qarşılaşmasının təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın matçını Cavid Cəlilov idarə edəcək. Onun köməkçiləri Rahil Ramazanov və Şirmamed Mamedov,  olacaq. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək. 

Xatırladaq ki, Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” qarşılaşması saat 17:30-da başlayacaq.

 

Misli Premyer Liqası

XXXVI tur

27 may (şənbə)

17:30. “Qəbələ” – “Kəpəz”

Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Şirmamed Mamedov, Nicat İsmayıllı

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Qəbələ şəhər stadionu