Misli Premyer Liqasında XXXII turun təyinatları açıqlanıb. Bu gün start götürəcək turun matçlarının hakimləri də müəyyənləşib.
“Qəbələ”nin “Kəpəz”lə sabah baş tutacaq qarşılaşmasının təyinatları bəlli olub. “Qırmızı-qaralar”ın matçını İnqilab Məmmədov idarə edəcək.
Onun köməkçiləri Namiq Hüseynov və Rahil Ramazanov olacaqlar. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.
Qeyd edək ki, aprelin 28-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Kəpəz” qarşılaşması saat 15:30-da başlayacaq.
Misli Premyer Liqası
XXXII tur
28 aprel (bazar)
15:30. “Qəbələ” – “Kəpəz”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu