“Qəbələ” – “Kəpəz” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 16 Sentyabr 2025 | 11:2514133
“Qəbələ” – “Kəpəz” oyununun hakimləri müəyyənləşdi

Misli Premyer Liqasında V turun təyinatları açıqlanıb.

 

Turun ikinci günündə baş tutacaq “Qəbələ” – “Kəpəz” qarşılaşmasının baş hakimi Kamal Umudlu olacaq. Ona Rəhman İmami və Teymur Teymurov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Əliyev yerinə yetirəcək.

 

Nicat İsmayıllı VAR, Şirmamed Mamedov AVAR olacaq. Rəhim Həsənov hakim-inspektor, Asif Əliyev AFFA nümayəndəsi vəzifəsini yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Kəpəz” matçı saat 17:00-da başlayacaq.