«Qəbələ» - «Keşlə»: 55-ci duel
Xəbərlər / 12 Fevral 2021 | 23:22202
«Qəbələ» - «Keşlə»: 55-ci duel

Bu həftə Azərbaycan Premyer Liqasında III dövrəyə start veriləcək. XV turun qarşılaşmaları iki günü əhatə edəcək. Fevralın 14-də meydana çıxacaq “Qəbələ” evdə “Keşlə” ilə görüşəcək. Qəbələ şəhər stadionundakı matç iki rəqib arasında 55-ci duel olacaq. İndiyədək komandalar 54 dəfə münasibətlərini ayırd edib. 16 oyunda qalib gələn “Qəbələ” 18 matçda heç-heçə edib. Digər 20 qarşılaşmada paytaxt klubu qələbə qazanıb. Bu görüşlərdə 55 qol vuran “qırmızı-qaralar” 72 top buraxıblar. Əvvəlki 54 oyunda komandamızın ən məhsuldar futbolçusu Daniel Subotiçdir. O, 5 qola sevinib.

Əvvəlki 54 oyundan 49-u çempionat, 5-i Azərbaycan kuboku çərçivəsində baş tutub. Premyer Liqada yubiley – 50-ci duelə çıxacaq komandaların matçlarında “Qəbələ” 13, “Keşlə” 18 dəfə qalib gəlib. 18 oyunda rəqiblər hərəyə 1 xal qazanıb. Top fərqində də bakılılar üstündür – 65:48.

“Qəbələ” 28-ci dəfə “Keşlə”ni öz meydanında qəbul edəcək. Əvvəlki matçlarda 8 qələbəsi olan “qırmızı-qaralar” 12 heç-heçə edib və 7 dəfə uduzub. Top fərqində bərabərlik hökm sürür – 28:28.

Xatırladaq ki, fevralın 14-də keçiriləcək “Qəbələ” - “Keşlə” oyunu saat 15:00-da başlayacaq.

 

2006/07 mövsümü

05.08.2006. Premyer Liqa. Gilan (Qəbələ) - İnter - 0:0

12.02.2007. Premyer Liqa. İnter - Gilan (Qəbələ) - 2:0

Daniel Axtyamov, 57, 61

 

2007/08 mövsümü

02.12.2007. Premyer Liqa. Qəbələ - İnter - 2:1

Vitali Balamestnı, 10, 47 – Nizami Hacıyev, 65

28.05.2008. Premyer Liqa. İnter - Qəbələ - 4:0

Roman Qoela, 22, Xaqani Məmmədov, 35, Mahmud Qurbanov, 44, Petar Zlatinov, 75

 

2008/09 mövsümü

30.08.2008. Premyer Liqa. İnter - Qəbələ - 1:1

Valter Quqlemon, 85 - Tyaqu da Silva, 23

07.03.2009. Premyer Liqa. Qəbələ - İnter - 0:1

Valter Quqlemon, 32

29.04.2009. Azərbaycan kuboku. İnter - Qəbələ - 5:0

Valter Quqlemon, 5, 12 - pen., Petar Zlatinov, 8, Danildo Assioli, 60, İvan Testimitianu, 76

06.05.2009. Azərbaycan kuboku. Qəbələ - İnter - 2:0

Kənan Kərimov, 40, Azər Bağırov, 87

 

2009/10 mövsümü

26.09.2009. Premyer Liqa. İnter - Qəbələ - 3:2

Vladimir Levin, 68, Da Silva Rocha Leonardo, 88, Girts Karlsons, 90 - İqor Melnik, 36, Kristian Torres, 69

24.12.2009. Premyer Liqa. Qəbələ - İnter - 0:1

Petar Zlatinov, 87

10.04.2010. Premyer Liqa. Qəbələ - İnter - 1:1

Kənan Kərimov, 90 (p.) - Robertas Poşkus, 61 (p.)

15.05.2010. Premyer Liqa. İnter - Qəbələ - 4:1

Petar Zlatinov, 16 (p.), Robertas Poşkus, 40, 47, 67 - Tomaş Stolpa, 90+1

 

2010/11 mövsümü

19.09.2010. Premyer Liqa. Qəbələ - İnter - 0:1

Rövşən Əmiraslanov, 35

13.11.2010. Premyer Liqa. İnter - Qəbələ - 0:0

 

2011/12 mövsümü

23.10.2011. Premyer Liqa. İnter - Qəbələ - 1:1

Danildo Assioli, 20 (p.) - Deon Barton, 58 (p.)

11.12.2011. Premyer Liqa. Qəbələ - İnter - 0:0

24.03.2012. Premyer Liqa. Qəbələ - İnter - 2:1

Yannik Kamanan, 60, Deon Burton, 83 - Nizami Hacıyev, 76

22.04.2012. Premyer Liqa. İnter - Qəbələ - 2:1

Nizami Hacıyev, 25,  İbrahima Niasse, 31 - Luiz Paulo Hillario, 8

 

2012/13 mövsümü

10.08.2012. Premyer Liqa. Qəbələ - İnter - 1:0

Leurival Rodrigez, 14

17.02.2013. Premyer Liqa. İnter - Qəbələ - 2:1

Arif Daşdəmirov, 7, Samir Zərgərov, 73 - Yannik Kamanan, 23

13.03.2013. Premyer Liqa. Qəbələ - İnter - 1:2

Viktor Mendi, 62 - Asif Məmmədov, 26, Yuri Fomenko, 29

19.05.2013. Premyer Liqa. İnter - Qəbələ - 1:0

Ramil Mansurov, 87

 

2013/14 mövsümü

11.08.2013. Premyer Liqa. Qəbələ - İnter - 3:2

Leonardo da Silva, 54-p., Vladimir Levin, 70, İbrahima Niasse, 83 - Slavço Georgiyevski, 20, Vaqif Cavadov, 90

19.10.2013. Premyer Liqa. İnter - Qəbələ - 0:1

Daniel Subotiç, 45+1

23.03.2014. Premyer Liqa. Qəbələ - İnter - 1:4

Viktor Mendi, 89 - Baçana Sxadadze, 14, Mikel Alvaro, 46, 54, Matija Spiçiç 57

12.05.2014. Premyer Liqa. İnter - Qəbələ - 0:0

 

2014/15 mövsümü

10.08.2014. Premyer Liqa. İnter - Qəbələ - 4:0

Aleksandr Amisulaşvili, 9, Mikel Alvaro, 15, 71, Məhəmməd Mirzəbəyov, 19 

21.12.2014. Premyer Liqa. Qəbələ - İnter - 1:1

Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67

18.03.2015. Premyer Liqa. İnter - Qəbələ - 1:2

Aleksandr Amisulaşvili, 74 - Aleksey Qay, 40, Ruslan Abışov, 90+1

16.05.2015. Premyer Liqa. Qəbələ - İnter - 1:1

Aleksey Qay, 5 - Asif Məmmədov, 27

 

2015/16 mövsümü

12.09.2015. Premyer Liqa. İnter - Qəbələ - 2:1

Dieqo Martins, 10, 29 -  Aleksey Antonov, 84

09.11.2015. Premyer Liqa. Qəbələ - İnter - 1:1

Aleksey Antonov, 30 -  Dieqo Martins, 35

07.02.2016. Premyer Liqa. İnter - Qəbələ - 0:1

Ermin Zets, 18

03.04.2016. Premyer Liqa. Qəbələ - İnter - 0:0

 

2016/17 mövsümü

12.08.2016. Premyer Liqa. Qəbələ - İnter - 0:0

15.10.2016. Premyer Liqa. İnter - Qəbələ - 1:1

Ağabala Ramazanov, 48 - Sergey Zenyov, 69

04.03.2017. Premyer Liqa. İnter - Qəbələ - 0:2

Tellur Mütəllimov, 71; Daniel Subotiç, 82

30.03.2017. Azərbaycan kuboku. İnter - Qəbələ - 1:3

Adrian Skarlatake, 18 - Daniel Subotiç, 14 (p.), 47; Filip Ozobiç,88 (p.)

05.04.2017. Azərbaycan kuboku. Qəbələ - İnter - 2:0

Daniel Subotiç, 12; Baqali Dabo, 33 

24.04.2017. Premyer Liqa. Qəbələ - İnter - 4:3

Rikardinyo, 14; Sergey Zenyov, 26; Adrian Skarlatake, 33 (ö.q); Tellur Mütəllimov, 90+1 - Rauf Əliyev, 3, 78 Elnur Abdullayev, 72

 

2017/18 mövsümü

12.08.2017. Premyer Liqa. İnter – Qəbələ – 1:2

Pərdis Fərcad-Azad, 71 - Elvin Məmmədov, 13; Filip Ozobiç, 23 (p.)

03.12.2017. Premyer Liqa. Qəbələ - Keşlə - 3:0

Baqali Dabo, 24; Filip Ozobiç, 51; 56

13.03.2018. Premyer Liqa. Keşlə - Qəbələ – 1:1

Voislav Stankoviç, 59 (ö.q) - Baqali Dabo, 32 

05.05.2018. Premyer Liqa. Qəbələ - Keşlə – 1:1

Stiven Monroz, 30 - Slavik Alxasov, 10

28.05.2018. Azərbaycan kuboku. Keşlə – Qəbələ – 1:0

Pərdis Fərcad-Azad, 71

 

2018/19 mövsümü

30.09.2018. Premyer Liqa. Qəbələ – Keşlə  – 1:1

Stiven Monroz, 75 - Amil Yunanov, 5

24.11.2018. Premyer Liqa. Keşlə – Qəbələ - 1:2

Amil Yunanov, 38 - Ceyms Adeniye, 17; Voislav Stankoviç, 20

23.02.2019. Premyer Liqa. Qəbələ - Keşlə – 0:0

14.04.2019. Premyer Liqa. Keşlə – Qəbələ – 1:2

Con Kamara, 76 - Ceyms Adeniyi, 46; Davit Volkov, 65

 

2019/20 mövsümü

31.08.2019. Premyer Liqa. Qəbələ – Keşlə – 0:4

Slavik Alxasov, 10; Tural Bayramlı, 39; Lorenzo Frutos, 45+1, 90+1

26.10.2019. Premyer Liqa. Keşlə – Qəbələ – 2:1

Lorenzo Frutos, 1; Sezar Meza Kolli, 42 - Davit Volkov, 58

02.02.2020. Premyer Liqa. Qəbələ – Keşlə – 1:2

İviça Juniç, 60 - Miyusko Boyoviç, 35; Sezar Meza Kolli, 40

 

2020/21 mövsümü

19.09.2020. Premyer Liqa. Qəbələ – Keşlə – 0:0

07.11.2020. Premyer Liqa. Keşlə – Qəbələ – 3:1 

Sezar Meza Kolli, 41; Asif Məmmədov, 75 (ö.q.); Silvio Rodriqes, 90 - Nikolas Raysel, 32