«Qəbələ» «Keşlə» ilə oyunun hazırlığına start verdi
Xəbərlər / 28 Yanvar 2020 | 22:05217
«Qəbələ» «Keşlə» ilə oyunun hazırlığına start verdi

Türkiyə toplanışını başa vurduqdan sonra ikigünlük istirahətə buraxılan “Qəbələ” Bakıda bir araya gəlib. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının XV turunun “Keşlə” ilə görüşünün hazırlığına paytaxtda start verib. Elmar Baxşıyevin yetirmələri bu gün fitnes zalında hazırlıq keçiblər. Futbolçular müxtəlif fiziki təmrinlərini yerinə yetiriblər. “Qəbələ”nin sabahkı məşqi Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xatırladaq ki, fevralın 2-də keçiriləcək “Qəbələ” – “Keşlə” matçı saat 15:00-da başlayacaq. Oyun Qəbələ şəhər stadionunda keçiriləcək.