Topaz Premyer Liqasının XXVI turunun bütün təyinatları müəyyənləşib. “Qəbələ”nin “Keşlə”ylə ev matçının hakimləri, hakim-inspektoru və AFFA nümayəndəsi bəlli olub. Mayın 5-də keçiriləcək matçın baş hakimi funksiyası Rəvan Həmzəzadəyə tapşırılıb. Ona Elşən Acalovla Məmmədəli Kərimov kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Ömər Paşayev olacaq. Ədalət təmsilçilərinin işinə Şahin Cəfərov qiymət verəcək. Matçın AFFA nümayəndəsi Əsgər Əmirəliyev olacaq.
Xatırladaq ki, mayın 5-də baş tutacaq “Qəbələ” - “Keşlə” matçı Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun saat 15:30-da başlayacaq.
Topaz Premyer Liqası
XXVI tur
5 may (şənbə)
19:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Rəvan Həmzəzadə, Elşən Acalov, Məmmədəli Kərimov, Ömər Paşayev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Qəbələ şəhər stadionu