Topaz Premyer Liqasının XIV turunun son oyun gününün təyinatları açıqlanıb. Sabah başa çatacaq turun son 2 qarşılaşmasını idarə edəcək hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Keşlə” ilə ev oyununu İnqilab Məmmədov idarə edəcək. Dekabrın 3-də keçiriləcək qarşılaşmada onun köməkçiləri Mübariz Haşımovla İsgəndər Əliyev olacaq. Rəvan Həmzəzadə isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Fazil Mürşüdov hakim-inspektor, Mübariz Hüseynov AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, dekabrın 3-də baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 16:00-da başlayacaq.
Topaz Premyer Liqası
XIV tur
3 dekabr (bazar)
16:00. “Qəbələ” – “Keşlə”
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, İsgəndər Əliyev
Dördüncü hakim: Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Fazil Mürşüdov
Qəbələ şəhər stadionu