«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 25 Sentyabr 2018 | 12:59243
«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasının VI turunun təyinatları açıqlanıb. Sentyabrın 29-30-da baş tutacaq görüşlərin hakimləri, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun ikinci günündə “Keşlə”ni qəbul edəcək “Qəbələ”nin ev matçına da təyinatlar bəlli olub. Qəbələ şəhər stadionundakı qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək. Onun köməkçiləri Cavanşir Yusifovla İsgəndər Əliyev olacaq. Görüşün dördüncü hakimi funksiyasını Etibar Həsənov yerinə yetirəcək. Hakimlərin işinə Füzuli Nəcəfov qiymət verəcək. Abas Hüseynov isə oyunun AFFA nümayəndəsi olacaq.

Qeyd edək ki, sentyabrın 30-da Qəbələ şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:00-da veriləcək.

Topaz Premyer Liqası

VI tur

30 sentyabr (bazar)

18:00. “Qəbələ” – “Keşlə”

Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Füzuli Nəcəfov

AFFA nümayəndəsi: Abas Hüseynov 

Qəbələ şəhər stadionu