Topaz Premyer Liqasında XVIII turun təyinatları açıqlanıb. Fevralın 23-24-də keçiriləcək oyunların hakimləri, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Fevralın 23-də “Keşlə” ilə qarşılaşacaq “Qəbələ”nin matçının təyinatları da bəlli olub. Qəbələ şəhər stadionundakı görüşü Rəşad Əhmədov idarə edəcək. Ona Vüqar Bayramovla Qəzənfər Məmmədov kömək edəcəklər. Matçın dördüncü hakimi funksiyasını Rəhim Həsənov yerinə yetirəcək. Hakim-inspektor vəzifəsi İmanxan Sultaniyə həvalə edilib. Oyunun AFFA nümayəndəsi Seymur Səlimli olacaq.
Xatırladaq ki, fevralın 23-də keçiriləcək “Qəbələ” – “Keşlə” matçı saat 14:00-da başlayacaq.
Topaz Premyer Liqası
XVIII tur
23 fevral (şənbə)
14:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rəhim Həsənov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu