«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 27 Avqust 2019 | 12:11254
«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında III turun təyinatları açıqlanıb. Avqustun 31-də start götürəcək turun matçlarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri də müəyyənləşib. Turun ilk günündə meydana çıxacaq “Qəbələ”nin qarşılaşmasının təyinatları da bəlli olub. Qəbələ şəhər stadionundakı oyunu Əliyar Ağayev idarə edəcək. Qarşılaşmada baş hakimin köməkçiləri Zeynal Zeynalovla Akif Əmirəli, dördüncü hakimi Nicat İsmayıllı olacaq. Görüşə hakim-inspektor kimi İmanxan Sultani, AFFA nümayəndəsi kimi Eldəniz Musayev təyinat alıb.

 

Xatırladaq ki, avqustun 31-daə keçiriləcək “Qəbələ” – “Keşlə” oyunu saat 18:30-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

III tur

31 avqust (şənbə)

18:30. “Qəbələ” – “Keşlə”

Baş hakim: Əliyar Ağayev

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli

Dördüncü hakim: Nicat İsmayıllı

Hakim-inspektor: İmanxan Sultani

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu