«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 31 Yanvar 2020 | 11:51189
«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XV turun təyinatları açıqlanıb. Fevralın 1-də start götürəcək turun matçlarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri də müəyyənləşib. Turun ikinci günündə meydana çıxacaq “Qəbələ”nin qarşılaşmasının təyinatları da bəlli olub. Qəbələ şəhər stadionundakı oyunu Səbuhi Bayramov idarə edəcək. Qarşılaşmada baş hakimin köməkçiləri Müslüm Əliyevlə Eyyub İbrahimov,  dördüncü hakimi Rauf Allahverdiyev olacaq. Görüşə hakim-inspektor kimi Ömər Paşayev, AFFA nümayəndəsi kimi Seymur Səlimli təyinat alıb.

Xatırladaq ki, fevralın 2-də keçiriləcək “Qəbələ” – “Keşlə” oyunu saat 15:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

XV tur

2 fevral (bazar)

“Qəbələ” – “Keşlə”

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Seymur Səlimli

Qəbələ şəhər stadionu, 15:00