«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 19 Sentyabr 2020 | 10:26197
«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında III turun ilk oyun gününün təyinatları açıqlanıb. Bu gün baş tutacaq matçları idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri də müəyyənləşib. İkinci ev oyununa çıxacaq “Qəbələ”nin qarşılaşmasının təyinatları da bəlli olub. “Keşlə” ilə Qəbələ şəhər stadionunda keçiriləcək oyunu Rəşad Əhmədov idarə edəcək. Qarşılaşmada baş hakimin köməkçiləri Rahil Ramazanovla Cavanşir Yusifov, dördüncü hakimi Rəhim Həsənov olacaq. Görüşə hakim-inspektor kimi Əmrah İbrahimov, AFFA nümayəndəsi kimi Məmmədəli Məmmədov təyinat alıb.

Xatırladaq ki, “Qəbələ” – “Keşlə” oyunu saat 17:00-da başlayacaq.

Azərbaycan Premyer Liqası

III tur

17:00. "Qəbələ" - "Keşlə"

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Cavanşir Yusifov, Rəhim Həsənov

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Qəbələ şəhər stadionu