Azərbaycan Premyer Liqasında XV turun ikinci oyun gününün bütün təyinatları açıqlanıb. Fevralın 14-də baş tutacaq matçların hakim, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Öz meydanında “Keşlə” ilə qarşılaşacaq “Qəbələ”nin görüşünə təyinatlar da bəlli olub. Turun ikinci günündəki oyunu Rauf Cabarov idarə edəcək. Onun köməkçiləri Akif Əmirəli və Nahid Əliyev olacaq. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı qarşılaşmanın hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi İlham Əliyev olacaq.
Xatırladaq ki, “Qəbələ” – “Keşlə" matçı saat 15:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XV tur
14 fevral (bazar)
15:00. “Qəbələ” – “Keşlə"
Hakimlər: Rauf Cabarov, Akif Əmirəli, Nahid Əliyev, Rəhim Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu