«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 20 Avqust 2021 | 11:46210
«Qəbələ» - «Keşlə» oyununun hakimləri müəyyənləşdi

Azərbaycan Premyer Liqasında II turun ilk oyun gününün bütün təyinatları açıqlanıb. Avqustun 21-də baş tutacaq matçların hakim, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Öz meydanında “Keşlə” ilə qarşılaşacaq “Qəbələ”nin görüşünə təyinatlar da bəlli olub. Sabah baş tutacaq oyunu Rəşad Əhmədov idarə edəcək. Onun köməkçiləri Cavanşir Yusifovla Eyyub İbrahimov olacaq. Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı qarşılaşmanın hakim-inspektoru Munis Abdullayev, AFFA nümayəndəsi Eldəniz Musayev olacaq.

Xatırladaq ki, “Qəbələ” – “Keşlə" matçı saat 18:00-da başlayacaq.

 

Azərbaycan Premyer Liqası

II tur

21 avqust (şənbə)

18:00. “Qəbələ” – “Keşlə"

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Tural Qurbanov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

Qəbələ şəhər stadionu