Azərbaycan Premyer Liqasında XXI turun bütün təyinatları açıqlanıb. Aprelin 2-3-də baş tutacaq matçların hakim, hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Öz meydanında “Keşlə” ilə qarşılaşacaq “Qəbələ”nin görüşünə təyinatlar da bəlli olub. Turun ikinci günündə baş tutacaq oyunu Fərid Hacıyev idarə edəcək. Onun köməkçiləri Müslüm Əliyev və Kamran Bayramov olacaq. Dördüncü hakim funksiyasını isə Namiq Bəkirov yerinə yetirəcək.
Xatırladaq ki, Qəbələ şəhər stadionundakı “Qəbələ” – “Keşlə" matçı saat 15:00-da başlayacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə"
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu