Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin mövsümdəki ikinci ev matçının vaxtı dəqiqləşib. “Qırmızı-qaralar”ın sentyabrın 19-da “Keşlə”yə qarşı keçirəcəyi görüş saat 17:00-da başlayacaq. Qəbələ şəhər stadionundakı matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.
Azərbaycan Premyer Liqası
III tur
19 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu