«Qəbələ» - «Keşlə» oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 23 Mart 2022 | 20:54403
«Qəbələ» - «Keşlə» oyununun vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında XXI turun oyun cədvəli açıqlanıb. “Qəbələ”nin III dövrədəki son matçının vaxtı dəqiqləşib. “Qırmızı-qaralar”ın aprelin 3-də “Keşlə”yə qarşı keçirəcəyi ev görüşü saat 15:00-da başlayacaq. Qəbələ şəhər stadionundakı matç “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

 

Azərbaycan Premyer Liqası

XXI tur

3 aprel (bazar)

15:00. “Qəbələ” – “Keşlə”

Qəbələ şəhər stadionu