UEFA Avropa Liqasının III təsnifat mərhələsində “Apollon”la (Kipr) qarşılaşacaq “Qəbələ” ilk oyunun Bakıdakı hazırlıqlarını başa vurub. Üç gündür paytaxtda məşq edən “qırmızı-qaralar” bugünkü çalışmayla hazırlıqların bu mərhələsini bitirib. Sabah səhər saat 11:00-da komandamız Kiprin Nikosiya şəhərinə yollanacaq. “Qırmızı-qaralar” “Hilton Nikosia” otelində məskunlaşacaq. “Qəbələ” iyulun 30-da baş tutacaq qarşılaşma öncəsi son məşqini keçirəcək. Hazırlıq oyunun baş tutacağı Larnakadakı “Antonis Papadopulos” stadionunda gerçəkləşəcək. Məşq Bakı vaxtı ilə 23:00-da başlayacaq. Saat 22:30-da isə komandanın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı baş tutacaq.
UEFA Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyun
30 iyul
22:00. “Apollon” (Limassol, Kipr) – “Qəbələ” (AZƏRBAYCAN)
Baş hakim: Sergey Boyko (Ukrayna)
Baş hakimin köməkçiləri: Aleksandr Korniyko, Vladimir Volodin (hər ikisi Ukrayna)
Dördüncü hakim: Anatoli Abdula (Ukrayna)
UEFA hakim-inspektoru: Eugen Striqel (Almaniya)
UEFA nümayəndəsi: Ronen Herşko (İsrail)
Larnaka. “Antonis Papadopulos” stadionu