«Qəbələ» komanda hesabında ikinci oldu
Cüdo / 8 Noyabr 2013 | 07:51904
«Qəbələ» komanda hesabında ikinci oldu

Kişilər və qadınlar arasında Azərbaycan çempionatının ilk günündə uğurlu çıxışla yadda qalan "Qəbələ" cüdoçuları turnirin ikinci - son günündə də uğurlu nəticələrə imza atıblar. Çempionatın açılış günündə 2 qızıl, 1 gümüş və 3 bürünc qazanan idmançılarımız ikinci gün medallara daha 3-nü əlavə ediblər. Vaxtanq Bitiyev (+100 kq) komandamıza qızıl medal qazandırıb. Soltan Ağayev (81 kq) və Vasif Şərbətli (90 kq) çempionatın bürünc medalına sahib olublar. Ümumilikdə, 3 qızıl, 1 gümüş və 5 bürünc medal qazanan "Qəbələ" çempionatı komanda hesabında ikinci pillədə yekunlaşdırıb.

Qadınlar
 
48 kq
1-ci yer – Qurbanlı Aişə ("Qəbələ")
2-ci yer – Məmmədova Şəfəq ("Qəbələ")
3-cü yer – Quliyeva Çinarə (UGİM-2 Sumqayıt)
 
52 kq
1-ci yer – Hüseynova Şəhanə ("Qəbələ")
2-ci yer – Nəzərova Gülşən (TİM Sumqayıt)
3-cü yer – Eyvazova Vəfa (NİZ Bakı)

57 kq
1-ci yer – Qasımova Kifayət ("Attila" Bakı)
2-ci yer – Xəlilova Nəzakət ("Neftçi" Bakı)
3-cü yer – Məmmədova Qahirə ("Dinamo" Gəncə)
3-cü yer – Hacıyeva Nərgiz ("Qəbələ")

70 kq
1-ci yer – Yusubova Ramilə ("Attila" Bakı)
2-ci yer – İbrahimova Əfsanə (TİM Sumqayıt)
3-cü yer – Kərimova Dürsədəf ("Qəbələ")
3-cü yer – Həsənli Günel ("Nəqşi-Cahan" İsmayıllı)


Kişilər

66 kq
1-ci yer – Heydərov Hidayət ("Neftçi" Bakı)
2-ci yer – Kərimov Tərlan ("Dinamo" Bakı)
3-cü yer  - Əsgərov Mirzə ("Qəbələ")
3-cü yer – Mustafayev Bayram ("Neftçi" Bakı)

81 kq
1-ci yer - Rüstəm Alimli ("Neftçi" Bakı)
2-ci yer - Abdulhaqq Rəsullu ("Neftçi" Bakı)
3-cü yer - Soltan Ağayev ("Qəbələ")
3-cü yer - Tural Hüseynov ("Attila")

90 kq
1-ci yer - Ramin Qurbanov ("Attila")
2-ci yer - Tural Səfquliyev ("Sərhədçi")
3-cü yer - Vasif Şərbətli ("Qəbələ")
3-cü yer - Şahin Məmmədov ("Attila")

+100 kq
1-ci yer - Vaxtanq Bitiyev ("Qəbələ")
2-ci yer - Rafael Şahverdiyev ("Neftçi")
3-cü yer - Ayaz Umudəliyev (Mingəçevir)
3-cü yer - Andrey Fətiyev ("Dinamo")

Xatırladaq ki, Çempionatda Azərbaycanın 42 sayda cüdo klubu və idman məktəblərindən 358 nəfər cüdoçu gücünü sınayıb.
   Kişilər (-60 kq, -66 kq, -73 kq, -81 kq, -90 kq, -100, +100 kq) və qadınlar (-48 kq, -52 kq, -57 kq, -63 kq, -70 kq, -78 kq, +78 kq) müvafiq olaraq 7 çəki dərəcəsində mübarizə aparıb.