«Qəbələ» Konfrans Liqasında!
Xəbərlər / 27 May 2023 | 19:232173
«Qəbələ» Konfrans Liqasında!

“Qəbələ” avrokuboklara vəsiqə qazanıb. Bu, Misli Premyer Liqasının XXXVI turunda rəsmiləşib.

Mövsümün son turunda “Kəpəz”lə qarşılaşan “qırmızı-qaralar” 1:1 hesablı heç-heçəyə imza atıb. Bununla da Elmar Baxşıyevin yetirmələri çempionatı 4-cü yerdə başa vurub. Beləliklə, komandamız Azərbaycan kubokunun finalının nəticəsindən asılı olmayaraq qitə miqyaslı turnirlərə vəsiqə əldə edib.

“Qəbələ” ötən mövsümdə olduğu kimi yenə Konfrans Liqasında mübarizə aparacaq. “Qırmızı-qaralar” ardıcıl ikinci, tarixində 8-ci dəfə qitə kuboklarında qüvvəsini sınayacaq.

“Qəbələ” 6 dəfə Avropa Liqasında çıxış edib. Komandamıza ardıcıl iki dəfə bu turnirin qrup mərhələsinə qədər irəliləyib.

Xatırladaq ki, “qırmızı-qaralar” Konfrans Liqasına 2-ci təsnifat mərhələsindən başlayacaq.