«Qəbələ» Krasnodardan xalsız dönür
Xəbərlər / 1 Oktyabr 2015 | 21:34422
«Qəbələ» Krasnodardan xalsız dönür

“Krasnodar” (Rusiya) – “Qəbələ” – 2:1
UEFA Avropa Liqası, qrup mərhələsi, C qrupu, II tur
1 oktyabr. Saat 00:05. Krasnodar. “Kuban” stadionu
Baş hakim: Marçin Borski (Polşa)
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, Marçin Bonek (hər ikisi Polşa)
Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda (hər ikisi Polşa)
Dördüncü hakim: Krjiştof Mirmus (Polşa)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
Qollar: Vanderson, 8, Dodo, 51, Fyodor Smolov, 84
Sarl vərəqələr: Fakundo Pereyra, 45, Artur Yedrjeyçik, 73, Vojislav Stankoviç, 80, Dmitri Bezotosnı, 82, Andreas Qrankvist, 82, Odil Axmedov, 87, Rəşad Sadiqov, 88
Artırılan vaxt: I hissədə 0 dəq.; II hissədə 3 dəq.

UEFA Avropa Liqasında II turun oyunları keçirilib. C qrupunda çıxış edən “Qəbələ” ilk səfər matçına çıxıb. “Qırmızı-qaralar” Rusiyada yerli “Krasnodar”la qarşılaşıb. Ardıcıl 6 avrokubok qarşılaşmasında uduzmayan Roman Qriqorçukun yetirmələri səfər matçına xal hesabını artırmaq iddiası ilə başlayıb. İlk turun PAOK-la oyunu (0:0) ilə müqayisədə start heyətində yalnız bir dəyişiklik olub. İki həftə əvvəl fasilədən sonra Ermin Zetsi əvəzləyən Fakundo Pereyra bu dəfə ilk dəqiqələrdən meydana çıxıb. Ermin isə Krasnodardakı qarşılaşmada “11-lik”dən kənarda qalıb.
Oyun qarşılıqlı hücumlarla başlayıb. İlk təhlükə “qırmızı-qaralar”dan gəlib. Qarşılaşmanın 2-ci dəqiqəsində Arif Daşdəmirovun uzaq zərbəsi meydan sahiblərinə gərginlik yaşadıb. Qapıçı bu zərbəni çətinliklə dəf edib. Meydan sahiblərinin ilk təhlükəli həmləsi qolla nəticələnib. Ari cərimə meydanında olan Mamayevə ötürmə verib ki, sonuncu da topu geriyə, boş mövqedə olan Vandersona ünvanlayıb. O, isə güclü zərbə ilə hesabı açıb. Arinin növbəti hücum zamanı Vandersona ötürməsi isə qapı dirəyinə tuş gələn zərbəylə nəticələnib. Bundan sonra komandamız bir müddət topa nəzarəti ələ alsa da, meydan sahibləri tezliklə oyunu bərabərləşdirib, daha təhlükəli həmlələr təşkil edib. Bu hücumlar zamanı Dmitri Bezotosnı “qırmızı-qaralar”ın qapısını 2-ci qoldan xilas edib. O, əvvəl Arinin yaxın məsafədən uzaq küncə göndərdiyi topu kornerə çıxarıb. Cəmi 6 dəqiqə sonra Dmitri yenə komandamızı qoldan xilas edib. O, Arinin yaxın məsafədən endirdiyi ardıcıl 2 zərbəni qaytarıb. Hücumun davamında isə Daşdəmirov topu uzaqlaşdırıb. Hissənin sonlarında komandalar hərəyə bir qol imkanı yaradıb. Meydan sahibləri Arinin, “Qəbələ” Rikardinyonun uzaq zərbəsi ilə diqqət çəkib. Hər iki epizodda qapıçılar inamlı oynayıb.
Fasilədən sonra heyətdə dəyişiklik edib, Rəşad Sadiqovu meydana buraxmaqla Qriqorçuk oyunun axarını dəyişməyə çalışıb. Bunun nəticəsində 51-ci dəqiqədə komandamız istəyinə çatıb. Sağ cinahla irəliləyən Zenyovun qapı önünə ötürməsini Antonov tamamlasa da, qapıçı topu dəf edib. Qapıçı meydanının küncündə nəzarətsiz qalan Dodo isə yaxın məsafədən vurduğu təkrar zərbə ilə hesabda tarazlıq yaradıb. Az sonra Zenyovun özü uzaq məsafədən təhlükəli zərbəylə meydan sahiblərinə gərginlik yaşadıb. “Krasnodar” isə Axmedovun uzaq zərbəsi ilə Bezotosnının sayıqlığını yoxlayıb. İkinci hissədə daha fəal oynayan “Qəbələ” bir neçə qol imkanı da yaradıb. Dodonun fərqləndiyi epizodda isə oyundankənar vəziyyət qeydə alınıb. İlk 45 dəqiqədə də bir qolu hesaba alınmayan braziliyalının komanda yoldaşları da fərqlənməyə yaxın olub. Əvvəl Zenyovun uzaq zərbəsini qolkiper dəf edib, Sadiqov cərimə meydanı yaxınlığından qapı tirini silkələyib. Oleq Kononov əvəzetmələri sürətli əks-hücumlar üçün imkan yaradıb. Məhz belə həmlələrdən birində Smolov iki müdafiəçinin arasından uzaq küncü dəqiq nişan alıb – 2:1. Hesabda önə çıxdıqdan sonra krasnodarlılar üstünlüyə də yiyələnib. “Qəbələ”nin oyunun sonlarındaki hücumları isə əvvəlki kimi kəsərli alınmayıb.
Beləliklə, avrokuboklarda ardıcıl 6 matçda uduzmayan “Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.
“Qırmızı-qaralar”ın yer aldığı C qrupunun PAOK (Yunanıstan) – “Borussiya” (Dortmund, Almaniya) görüşündə isə 1:1 hesabı qeydə alınıb.

Borussiya 2 1 1 0 3-2  4 
2  Krasnodar 2 1 0 1  3-3  3 
3 PAOK 2 0 2 0 1-1  2 
4 Qəbələ 2 0 1  1 1-2 1

“Krasnodar”
88. Andrey Sinitsin
3. Stefan Strandberq
5. Artur Yedrjeyçik
6. Andreas Qrankvist (k)
17. Vitali Kaleşin
7. Pavel Mamayev
(21. Rikardo Laborde, 66)
8. Yuri Qazinski
(22. Joazinyo, 76)
10. Odil Axmedov
77. Çarlz Kabore
9. Ari
(90. Fyodor Smolov)
14. Vanderson
Ehtiyat oyunçular:
31. Andrey Dikan
27. Raqnar Siqurdson
18. Vladimir Bıstrov
98. Sergey Petrov
Baş məşqçi. Oleq Kononov

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
15. Vitali Vernidub
20. Rikardinyo
21. Arif Daşdəmirov
10. Dodo (k)
19. Aleksey Qay
88. Derlis Meza Kolli
(6. Rəşad Sadiqov, 46/
66. Samir Zərgərov, 90+1)
9. Sergey Zenyov
32. Fakundo Pereyra
69. Aleksey Antonov
(7. Ermin Zets, 75)
Ehtiyat oyunçular:
33. David Pietrzkieviç
34. Ürfan Abbasov
4. Elvin Camalov
70. Vaqif Cavadov
Baş məşqçi: Roman Qriqorçuk