Qol güləşi üzrə Qəbələ kuboku açıq turniri keçirilib. Yarışda 10 komandanı təmsil edən 72 həvəskar idmançı qüvvəsini sınayıb. Medallar uğrunda Qəbələ ilə yanaşı, Bakı, Sumqayıt, Abşeron, İsmayıllı, Şamaxı, Oğuz, Qusar, Samux, Ağdam komandaları mübarizə aparıb. Altı kateqoriyada - 60 kq, 70 kq, 80 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcəsində keçirilən yarışın qaliblərinə kubok, medallar və xatirə hədiyyələri təqdim olunub. Gümüş və bürünc mükafatçılar da medallarla yanaşı hədiyyələr əldə edib. Medalların sayı və əyarına görə komanda hesabında “Fred” İdman Klubu birinci yeri tutub. Abşeron ikinci, Qəbələ üçüncü pillədə qərarlaşıb.