Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən taekvondo üzrə “Koreya səfiri kuboku” na yekun vurulub. Azərbaycan Taekvondo Federasiyası və Cənubi Koreya respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı və dəstəyi ilə keçirilən yarışda “Qəbələ” İdman Klubunun təmsilçiləri də uğurla çıxış edib. Taekvondoçularımızdan dördü çıxış etdiyi çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Komanda hesabında da “Qəbələ” 1-ci yeri tutub. Oğlanların mübarizəsində Əbülfət Zülfüqarov 55 kq, Qasım Aslanov 59 kq, Cavad Ağayev 63 kq, Orxan Tağızadə +78 kq çəki dərəcəsində turnirin qalibi adını qazanıb.