29 may - 1 iyun tarixlərində 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin son iştirakçısı da bəlli olub. Daha öncə turnirdə iştirakını təsdiqləyən, lakin sonradan texniki səbələrə görə III Qəbələ Kubokunda iştirakı baş tutmayan "Olimpik"i (Marsel, Fransa) Avstriya "Rapid"i əvəzləyəcək. Bununla da turnirdə mübarizə aparacaq bütün komandalar müəyyənləşib. Xatırladaq ki, daha öncə "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Anderlext" (Belçika), "Neftçi" (Azərbaycan) və "Udineze" (İtaliya) turnirdə yer alacağını rəsmən təsdiqləmişdi.