«Qəbələ»-«Lill» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 1 Avqust 2016 | 09:49204
«Qəbələ»-«Lill» oyununun hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçirəcəyi cavab oyununun hakimləri bəlli olub. Avqustun 4-də Fransanın “Lill” klubu ilə keçiriləcək ev qarşılaşmasını rusiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Aleksey Yeskov olacaq.
“Qəbələ” - “Lill” matçı Bakıda “Bakcell Arena” stadionunda keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında ilk oyun iyulun 28-də Lilldə keçirilib və 1:1 hesabı ilə başa çatıb.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
4 avqust
21:00. “Qəbələ” - “Lill” (Fransa)
Baş hakim: Aleksey Yeskov (Rusiya)
Baş hakimin köməkçiləri: Dmitri Mosyaqin, İqor Demeşko (hər ikisi Rusiya)
Dördüncü hakim: Vladimir Moskalev (Rusiya)
Bakı. “Bakcell Arena” stadionu
İlk oyun – 1:1