«Qəbələ» «Maribor»la oyunun hazırlığına start verdi
Xəbərlər / 13 Avqust 2016 | 19:46166
«Qəbələ» «Maribor»la oyunun hazırlığına start verdi

“Qəbələ” UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun hazırlığına start verib. Avqustun 18-də Sloveniyanın “Maribor” klubunu qəbul edəcək “qırmızı-qaralar” Bakıda məşq keçib. Topaz Premyer Liqasının II turunun ayın 12-də “İnter”lə keçirilən qarşılaşmasından (0:0) sonra hazırlıqlara ara verməyən komandamız günün ikinci yarısında məşqə çıxıb. Hazırlıq prosesinə yalnız “İnter”lə görüşdə meydana çıxmayanlar qatılıb. Onlar hazırlıq prosesində toplu çalışmalarla məşq edib. Son matçın iştirakçılarına isə bir günlük istirahət verilib.
“Qəbələ” növbəti məşqini sabah keçirəcək. Paytaxtdakı hazırlıqda futbolçular iki qrupa bölünəcək. “İnter”ə qarşı oynamayanlar yenə yaşıl meydanda məşq edəcək, digərləri bərpaedici hazırlıq keçəcək.
Xatırladaq ki, avqustun 18-də keçiriləcək “Qəbələ” – “Maribor” oyunu “Dalğa Arena”da baş tutacaq. Oyun saat 21:00-da başlayacaq.