«Qəbələ» «Maribor»la qarşılaşacaq
Xəbərlər / 5 Avqust 2016 | 11:20219
«Qəbələ» «Maribor»la qarşılaşacaq

“Qəbələ”nin UEFA Avropa Liqasında pley-off mərhələsindəki rəqibi müəyyənləşib. “Qırmızı-qaralar”ın qarşılaşacağı komanda bu gün İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bəlli olub. Komandamız qrup mərhələsinə vəsiqə uğrunda görüşlərdə Sloveniyanın “Maribor” klubu ilə qarşılaşacaq. Bu mərhələnin ilk oyunları avqustun 18-də, cavab matçları 25-də keçiriləcək. İlk qarşılaşma Mariborda, cavab oyunu isə Bakıda baş tutacaq.
Xatırladaq ki, “Qəbələ” I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” (5:1, 1:2), II təsnifat mərhələsində Macarıstanın MTK (2:1, 2:0), III təsnifat mərhələsində isə Fransanın “Lill” (1:1, 1:0) klubunu mübarizədən kənarlaşdırıb.