“Qəbələ”nin UEFA Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi ilk oyunun hakimləri bəlli olub. Avqustun 18-də Sloveniyanın “Maribor” klubu ilə keçiriləcək ev qarşılaşmasını belaruslu hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Aleksey Kulbakov olacaq.
Xatırladaq ki, “Qəbələ” - “Maribor” matçı Bakıda “Dalğa Arena” stadionunda keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.
UEFA Avropa Liqası
Pley-off mərhələsi
İlk oyun
18 avqust
21:00. “Qəbələ” - “Maribor” (Sloveniya)
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko (hər ikisi Belarus)
Dördüncü hakim: Denis Şerbakov (Belarus)
Bakı. “Dalğa Arena” stadionu