Azərbaycan kubokunun 1/8 final mərhələsinin son təyinatları açıqlanıb. Bu gün start götürəcək mərhələ çərçivəsində baş tutacaq qarşılaşmaları idarə edəcək hakimlər, həmçinin hakim-inspektorlar və AFFA nümayəndələri müəyyənləşib. “Qəbələ”nin “Mil-Muğan”la sabah keçiriləcək ev oyununu Ziya Nəsirov idarə edəcək. Noyabrın 29-da keçiriləcək qarşılaşmada onun köməkçiləri Cavanşir Yusifovla Elman Kərimov olacaq. Kərim Kərimov isə matçın dördüncü hakimi funksiyasını yerinə yetirəcək. Oyunda Əhmədağa Cabbarov hakim-inspektor, Erkin Hüseynov AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, noyabrın 29-da baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 14:00-da başlayacaq.
Azərbaycan kuboku
1/8 final
29 noyabr (çərşənbə)
14:00. “Qəbələ” – “Mil-Muğan”
Baş hakim: Ziya Nəsirov
Baş hakimin köməkçiləri: Cavanşir Yusifov, Elman Kərimov
Dördüncü hakim: Kərim Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Qəbələ şəhər stadionu