“Qəbələ” – “Mingəçevir” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 24 Sentyabr 2024 | 12:49669
“Qəbələ” – “Mingəçevir” oyununun hakimləri müəyyənləşdi

I Liqada III turun təyinatları açıqlanıb. Sentyabrın 25-26-da baş tutacaq görüşlərin hakimləri bəlli olub.

 

“Qəbələ”nin “Mingəçevir”lə ev matçının təyinatları da müəyyənləşib. Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Əli Əliyev olacaq. Ona Zöhrab Abbasov və Asiman Əzizli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Niyaz Əhmədov yerinə yetirəcək.

 

Qeyd edək ki, sentyabrın 26-da Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 17:00-da başlayacaq.

 

I Liqa

III tur

26 sentyabr (cümə axşamı)

17:00. “Qəbələ” – “Mingəçevir”
Hakimlər: Əli Əliyev, Zöhrab Abbasov, Asiman Əzizli, Niyaz Əhmədov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu