“Qəbələ” – “Mingəçevir” oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 27 Oktyabr 2025 | 12:0815614
“Qəbələ” – “Mingəçevir” oyununun hakimləri müəyyənləşdi

Azərbaycan kubokunun II təsnifat mərhələsinin təyinatları açıqlanıb.

 

Mərhələnin ikinci oyun günündə baş tutacaq “Qəbələ” – “Mingəçevir” qarşılaşmasının baş hakimi İslam Məmmədov olacaq. Ona Müslüm Əliyev və Aydın Bəxşiyev kömək edəcəklər. Dördüncü hakim funksiyasını Ceyhun Hüseynov yerinə yetirəcək.

 

Matçın hakim-inspektoru Ramil Diniyev, AFFA nümayəndəsi Eldar Məmmədov olacaq.

 

Qeyd edək ki, oktyabrın 29-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Mingəçevir” matçı saat 16:00-da başlayacaq.