Premyer Liqa uğrunda pley-off matçının təyinatları açıqlanıb.
Mayın 28-də keçiriləcək “Qəbələ” – “Mingəçevir” oyununu Tural Qurbanov idarə edəcək. Onun köməkçiləri Cəmil Quliyev və Asiman Əzizli olacaq.
İnqilab Məmmədov dördüncü hakim, Rəvan Həmzəzadə VAR, Teymur Teymurov AVAR funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Rəhim Həsənov, AFFA nümayəndəsi Elçin Mehtiyev olacaq.
Qeyd edək ki, “SOCAR Polymer Arena”da baş tutacaq oyun saat 18:30-da başlayacaq.