Azərbaycan kubokunda II təsnifat mərhələsinin təyinatları açıqlanıb.
Sabah keçiriləcək “Qəbələ” – “Mingəçevir” oyununun baş hakimi Nazim Abdullayev olacaq. Ona Taleh Məmmədov və Rasim Axundov kömək edəcək.
Mehdi Yusifov dördüncü hakim funksiyasını yerinə yetirəcək. Matçın hakim-inspektoru Feyzulla Feyzullayev, AFFA nümayəndəsi Eldar Məmmədov olacaq.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.