“Qəbələ” – “Mingəçevir” oyununun vaxtı müəyyənləşdi
Xəbərlər / 19 Sentyabr 2024 | 19:2490
“Qəbələ” – “Mingəçevir” oyununun vaxtı müəyyənləşdi

I Liqada III turun oyun cədvəli açıqlanıb. Sentyabrın 25-26-da keçiriləcək qarşılaşmalarının vaxtı və yeri dəqiqləşib. 

 

“Qəbələ”nin “Mingəçevir”lə ev oyununun da vaxtı bəlli olub. Turun son günündə baş tutacaq görüş saat 17:00-da başlayacaq. Matç Qəbələ şəhər stadionunda təşkil olunacaq. Qarşılaşma Peşəkar Futbol Liqasının I Liqa / II Liqa yutub kanalında canlı yayımlanacaq.

 

I Liqa

III tur

26 sentyabr (cümə axşamı)

17:00. “Qəbələ” – “Mingəçevir”
Qəbələ şəhər stadionu