“Qəbələ” – “Mingəçevir” oyununun vaxtı və yeri müəyyənləşdi
Xəbərlər / 24 May 2026 | 14:1077
“Qəbələ” – “Mingəçevir” oyununun vaxtı və yeri müəyyənləşdi

Premyer Liqaya vəsiqə uğrunda pley-off oyununun nominal meydan sahibi, yeri və vaxtı müəyyənləşib.

 

Bu gün keçirilən püşkatmaya əsasən “Qəbələ” “Mingəçevir”lə qarşılaşmada

nominal meydan sahibi olub. Matç mayın 28-də “SOCAR Polymer Arena”da keçiriləcək.

 

Görüş saat 18:30-da start götürəcək və “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq. Oyunda VAR sistemi tətbiq ediləcək.