“Qəbələ” 2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirir. Yanvarın 4-də bir araya gələn “qırmızı-qaralar” məşqlərini Bakıda gerçəkləşdirir. Gündə bir dəfə məşq edən komandamız hazırlıqlarını Bakı Olimpiya Stadionunda keçirir.
“Qəbələ” sabah yoxlama oyununda qüvvəsini sınayacaq. Elmar Baxşıyevin yetirmələri 2020-ci ildəki ilk matçında MOİK-lə görüşəcək. Birinci divizion təmsilçisi ilə qarşılaşma Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutacaq. Görüş saat 15:00-da başlayacaq.
Yoxlama oyunu
10 yanvar
15:00. MOİK - “Qəbələ”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)