Sabah I Liqada VII tura start veriləcək. “Qəbələ” ikinci oyun günündə meydana çıxacaq.
Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda MOİK-lə görüşəcək. Keçirdiyi 6 matçda qol buraxmayan “qırmızı-qaralar” quru seriyasını davam etdirmək və 5-ci qələbəni qazanmaq üçün mübarizə aparacaq.
Qəbələ şəhər stadionundakı matç saat 16:00-da başlayacaq. Ötən tur öz meydanında “İmişli” ilə qolsuz heç-heçə edən “Qəbələ” 6 oyundan sonra 14 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
I Liqa
VII tur
7 noyabr (cümə axşamı)
16:00. “Qəbələ” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Emin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu