“Qəbələ” MOİK-lə üz-üzə
Xəbərlər / 24 Aprel 2025 | 12:332342
“Qəbələ” MOİK-lə üz-üzə

Bu gün I Liqada XXIII tura start veriləcək.

 

“Qəbələ” ikinci oyun günündə meydana çıxacaq. “Qırmızı-qaralar” öz meydanında MOİK-i qəbul edəcək.

 

Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda hazırda 55 xalla yarışın lideridir. "Qəbələ" MOİK-ə qalib gəlsə, sona 4 tur qalmış 1-ci yeri təmin edəcək.

 

Komandamız buna xal itkisi ilə də nail ola bilər. Lakin bunun gerçəkləşməsi digər oyunların nəticələrindən asılı olacaq.

 

“Qırmızı-qaralar” MOİK-i Qəbələ şəhər stadionunda qəbul edəcək. Görüş saat 18:00-da başlayacaq.

 

I Liqa, XXIII tur

25 aprel (cümə)

18:00. “Qəbələ” – MOİK 
Hakimlər: Vüqar Həsənli, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Şamil İmanzadə
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Mahal Məmmədov
Qəbələ şəhər stadionu