“Qəbələ” – MOİK oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 5 Noyabr 2024 | 12:26401
“Qəbələ” – MOİK oyununun hakimləri müəyyənləşdi

I Liqada VII turun təyinatları açıqlanıb. Sabah başlayacaq turun görüşlərinin hakimləri bəlli olub.

 

“Qəbələ”nin MOİK-ə qarşı ev matçının təyinatları da müəyyənləşib. Noyabrın 7-də keçiriləcək qarşılaşmanın baş hakimi Rövşən Rəcəbov olacaq. Ona Samir Qaracayev və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Emin Abdullayev yerinə yetirəcək.

 

Qeyd edək ki, noyabrın 7-də Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 16:00-da başlayacaq.

 

I Liqa

VII tur

7 noyabr (cümə axşamı)

16:00. “Qəbələ” – MOİK
Hakimlər: Rövşən Rəcəbov, Samir Qaracayev, Gülnurə Əkbərzadə, Emin Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Nəriman Axundov
Qəbələ şəhər stadionu