I Liqada XXIII turun təyinatları açıqlanıb.
Aprelin 24-25-də baş tutacaq görüşlərinin hakimləri bəlli olub. “Qəbələ”nin MOİK-lə ev matçının təyinatları da müəyyənləşib.
Turun ikinci günündə keçiriləcək qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq. Ona Qəzənfər Məmmədov və Taleh Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şamil İmanzadə yerinə yetirəcək. Görüşün hakim-inspektoru Orxan Məmmədov, AFFA nümayəndəsi Mahal Məmmədov olacaq.
Qeyd edək ki, aprelin 25-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – MOİK matçı saat 18:00-da başlayacaq.