«Qəbələ» mövsümə heç-heçə ilə start verdi
Xəbərlər / 15 Avqust 2021 | 22:04254
«Qəbələ» mövsümə heç-heçə ilə start verdi

“Neftçi” – “Qəbələ” – 2:2

15 avqust 2021. Saat 20:00. “Bakcell Arena”, 800 tamaşaçı

Baş hakim: Elçin Məsiyev

Baş hakimin köməkçiləri: Elşad Abdullayev, Cəmil Quliyev

Dördüncü hakim: Əliyar Ağayev

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Seymur Səlimli

Sarı vərəqələr: Mamadu Kane, 40 (qeyri-idman hərəkəti); Fəhmin Muradbəyli, 45 (qeyri-idman hərəkəti); Romen Bask, 90+2 (qeyri-idman hərəkəti) // Məqsəd İsayev, 62 (qeyri-idman hərəkəti); Rüfət Əhmədov, 75 (qeyri-idman hərəkəti)

Qollar: Fəhmin Muradbəyli, 55; Voyislav Stankoviç, 76 // İsnik Alimi, 67 (p.); Ülvi İsgəndərov, 84

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 5 dəq.

 

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk turu başa çatıb. Turun son qarşılaşması “Bakcell Arena”da baş tutub. “Qəbələ” səfərdə “Neftçi” ilə qarşılaşıb.

Son çempionla görüşə daha fəal başlayan Elmar Baxşıyevin yetirmələri ilk dəqiqələrdə bir neçə təhlükəli hücum yaradıb. Bunların biri Rövlan Muradovun güclü zərbəsi ilə yadda qalıb. Lakin rəqib müdafiəçiyə çarpan top qapıçı üçün çətinlik yaratmayıb. Ardınca oyunu tarazlaşdıran meydan sahibləri cüzi ərazi üstünlüyünə də yiyələnib. Rəqib hücumlarının qarşısını inamla kəsən “qırmızı-qaralar” təhlükəli əks-həmlələrlə paytaxt təmsilçisinin qapısı önündə gərginlik yaradıb. Rafael Utziq bir neçə dəfə əlverişli mövqeyə çıxsa da, bu imkanlardan yararlanmayıb.

İkinci hissədə də oyunun axarı dəyişməyib. Daha fəal olan meydan sahibləri fasilədən az sonra hesabı açıb. Buraxılan qoldan sonra da müdafiədə inamlı oynamaqda davam edən “Qəbələ” əks-hücumlarda hesabı dəyişməyə çalışıb. Komandamız istəyinə hissənin ortalarında çatıb. Rəqibin cərimə meydanında kobudluqla üzləşən Rövlan Muradov “qırmızı-qaralar”a penalti imkanı yaradıb. Yeni transfer İsnik Alimi 11 metrlik nöqtədən qapını dəqiq nişan alıb – 1:1. Bu topdan sonra da qonaqlar təhlükəli əks-hücumlar qura bilib. Amma “Neftçi” çox keçməmiş yenidən ərazi üstünlüyünü qola çevirə bilib. Görüşün gedişində ikinci dəfə məğlub duruma düşməsinə baxmayaraq, komandamız sonadək mübarizə aparıb. Bu da Ülvi İsgəndərovun final fitinə 6 dəqiqə qalmış bərabərlik qolu vurması ilə nəticələnib – 2:2. Uzatma dəqiqələrinin sonunda Rövlan Muradov qələbə qolunu vurmaq imkanı qazanıb. Lakin yarımmüdafiəçi rəqib qapıçı ilə təkbətək çıxsa da, imkandan yararlanmayıb. Beləliklə, “Qəbələ” mövsümə 2:2 hesablı heç-heçə ilə başlayıb.

 

“Neftçi”

12. Kamran İbrahimov

8. Emin Mahmudov (k)

19. Fəhmin Muradbəyli

97. Xəyal Nəcəfov

(22. Mirabdulla Abbasov, 71)

36. Mamadu Kane

6. Voyislav Stankoviç

24. Yusuf Laval

11. Harramiz Soares

(26. Ömər Buludov, 81)

14. Romen Bask

20. Mert Çelik

80. İsmayıl Zülfüqarlı

 

Ehtiyat oyunçular:

 

30. Aqil Məmmədov

3. Mamadu Mbodj

29. Sabir Buqrin

70. Asim Əlizadə

37. Vüsal Əsgərov

27. Fərid Yusifli

72. Emin Zamanov

 

Baş məşqçi: Samir Abasov

 

“Qəbələ”

94. Nicat Mehbalıyev

19. Rövlan Muradov

7. Ehtiram Şahverdiyev

(14. Ülvi İsgəndərov, 60)

27. Məqsəd İsayev

34. Urfan Abbasov (k)

17. Yaovi Akakpo

8. Stefan Vukçeviç

(6. Kamal Mirzəyev, 90)

23. Rafael Utriq

5. İsnik Alimi

4. Ruan Renato

12. Rüfət Əhmədov

 

Ehtiyat oyunçular:

 

1. Kristof Atanqana

36. Elməddin Sultanov

28. Murad Musayev

77. Emil Səfərov

88. Gülağa Əsədov

18. Mehrac Baxşalı

20. Rauf Rüstəmli

 

Baş məşqçi: Elmar Baxşıyev