“Karvan-Yevlax” – “Qəbələ” – 1:1
15 avqust 2025. Saat 17:00. Şamaxı şəhər stadionu, 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Kamran Əliyev
VAR: Rəşad Əhmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Prins Ovusu, 40 (qeyri-idman hərəkəti); İsaak Amoah, 74 (qeyri-idman hərəkəti); İbrahim Sanqare, 77 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Tsxadadze, 50 (hakimin qərarına etiraz)
Qollar: Murad Musayev, 78 (ö.q.) // Domi Massumo, 55
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
Misli Premyer Liqasında 2025/26 mövsümünə start verilib.
“Qəbələ” mövsümün açılış matçında “Karvan-Yevlax”la görüşüb. “Qırmızı-qaralar” səfər görüşünə Şamaxı şəhər stadionunda çıxıb.
Baş məşqçi Kaxaber Tsxadadze start heyətində debütantlardan Eduardo Kunde, Xayme Syerra, İsaak Amoah, Adriel Ba Loua və Prins Ovusuya şans verib. Oyunun ilk yarısında “Qəbələ”nin hücumları daha təhlükəli alınıb.
“Qırmızı-qaralar” bir neçə dəfə hesabı açmağa yaxın olub. Domi Massoumou iki dəfə əlverişli imkanı qaçırıb.
İkinci hissəyə daha fəal başlayan qonaqlar ardıcıl hücumlar təşkil edib. Fasilədən sonra Prins Ovusunun zərbəsini qapıçı dəf edib. Şahin Şahniyarovun ötürməsindən sonra Domi hesabı açıb. O, həm də mövsümün ilk qolunun müəllifi olub.
Hesab açıldıqdan sonra da “Qəbələ” qol imkanları yaradıb. Amma fərqi artırmaq istəyi reallaşmayıb. Hissənin ikinci yarısında fəallığı artıran meydan sahibləri hesaba tarazlıq gətirməyi bacarıblar – 1:1.
Görüşün sonlarında “Qəbələ” qələbə qolunu vurmaq imkanı qazanıb. Paulo Quimbila yaxın məsafədən ardıcıl iki zərbə endirsə də, hesab dəyişməyib – 1:1. Beləliklə, “qırmızı-qaralar” mövsümə səfərdəki qollu heç-heçə ilə start verib.
Qeyd edək ki, komandamız növbəti turda “Zirə” ilə görüşəcək. Avqustun 25-də Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.
“Karvan-Yevlax”
99. Pedro Mateuş
6. Vadim Abdullayev (k)
18. Süleyman Əhmədov
14. Uğur Cahangirov
(11. Kayl Spens, 64)
20. Coy Sleyd Mikels
(7. Araz Abdullayev, 89)
2. Şakil Sno
(21. İmani Barker, 73)
37. Mois Nqvisani
19. Tompson Qavi
3. Said İranxan
10. Samuel Durrant
(8. Peter Kinqs, 73)
4. Olavale Doyeni
Ehtiyat oyunçular:
1. Kamran İbrahimov
25. Əmrah Bulud
32. Elvin Yunuszadə
33. Eltun Turabov
42. İbrahim Qədirzadə
13. Vüsal Məsimov
22. Qabil Əlizadə
77. Əli Abdullayev
Baş məşqçi: Azər Həşimov
“Qəbələ”
1. Səlahət Ağayev
28. Murad Musayev (k)
13. Nicat Əliyev
10. Şahin Şahniyarov
(22. Fərid İsgəndərov, 84)
27. Eşqin Əhmədov
50. Adriel Ba Loua
(70. Paulo Quimbila, 66)
(66. Nuğay Rəşidov, 90)
3. Eduardo Kunde
6. Xayme Syerra
16. İsaak Amoah
14. Domi Massumo
30. Prins Ovusu
(12. İbrahim Sanqare, 66)
Ehtiyat oyunçular:
94. Həbib Hüşənov
11. Asif Məmmədov
97. Elşad Tağıyev
74. Süleyman Damadayev
36. Elnur Mustafayev
17. Qədir Ramazanov
21. Ziya Şəkərxanov
Baş məşqçi: Kaxaber Tsxadadze