«Qəbələ» mövsümə sülhlə başladı
Xəbərlər / 23 Avqust 2020 | 21:34255
«Qəbələ» mövsümə sülhlə başladı

“Qəbələ” – “Zirə” – 1:1

23 avqust 2020. Saat 19:00. Qəbələ şəhər stadionu, tamaşaçısız

Baş hakim: Kamal Umudlu

Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Cavanşir Yusifov

Dördüncü hakim: Rəşad Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Sarı vərəqələr: Asif Məmmədov, 11 (qeyri-idman hərəkəti); Yurqen Qoxa, 13 (qeyri-idman hərəkəti); Rodriqo Qattas, 84 (hakimin qərarına etiraz) // Hacıağa Hacılı, 14, 90+1 (qeyri-idman hərəkəti); Lazar Corceviç, 18 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 45+1 (qeyri-idman hərəkəti)

Qırmızı vərəqə: Hacıağa Hacılı, 90+1

Rəsmi şəxsə göstərilən sarı vərəqə: Elmar Baxşıyev, 81 (hakimin qərarına etiraz)

Qollar: Asif Məmmədov, 3 // Ağabala Ramazanov, 28

Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 4 dəq.

 

Bu gün Azərbaycan Premyer Liqasının 2020-2021-ci illər mövsümündə ilk tura yekun vurulub. “Qəbələ” mövsümdə ilk oyununu evdə keçirib. Son rəsmi matçını martın 7-də “Sumqayıt”a qarşı keçirən (5:0) “qırmızı-qaralar” 169 gündən sonra Qəbələ şəhər stadionuna çıxıb. Komandamızın baş məşqçisi Elmar Baxşıyev ilk dəqiqələrdən iki debütanta şans verib. Yeni transfer Yurgen Qoxa və 18 yaşlı Rüfət Əhmədov start “11-lik”də yer alıb.

Qarşılaşmaya fəal başlayan “Qəbələ” erkən qola sevinib. Rövlan Muradovun ardıcıl künc zərbələrindən ikincisi zamanı uzaqlaşdırılan top Asif Məmmədovun önünə düşüb. Təcrübəli yarımmüdafiəçinin uzaqdan zərbəsindən sonra top rəqib futbolçuya toxunaraq tora qovuşub -1:0. Buraxılan qoldan sonra qonaqlar üstünlüyü ələ almağa çalışıb. “Qırmızı-qaralar” 16-cı dəqiqədə fərqi artırmağa yaxın olub. Rodriqo Qattas cərimə meydanı daxilindən qüvvətli zərbə endirsə də, çərçivəyə düşməyib. Hər iki komandanın topa daha çox nəzarət etmək uğrunda mübarizə apardığı dəqiqələrdə paytaxt təmsilçisi sağ cinahla bir neçə təhlükəli hücum qura bilib. Bunlardan biri Ağabala Ramazanovun hesabda tarazlıq yaratması ilə nəticələnib – 1:1. Bu qoldan sonra ardıcıl hücumlar təşkil edən “qırmızı-qaralar” bir neçə təhlükəli zərbə ilə yadda qalıb. Künc zərbələri zamanı Yurgen Qoxa ilə Ülvi İsgəndərovun başla toxunuşları zamanı top çərçivəyə düşməyib. Rövlanın zərbəsinin önünü isə bakılılar kəsib.

İkinci hissəyə qonaqlar daha fəal başlayaraq ardıcıl bir neçə hücum təşkil edib. “Qəbələ” 57-ci dəqiqədə qola yaxın olub. Ülvinin cərimə meydanı daxilindəki Rövlana ötürməsinin önünü müdafiəçilər kəsib. Künc zərbəsini İsgəndərov başla qapasa da, dəqiq olmayıb. Müdafiədə etibarlı oynayan “qırmızı-qaralar” uzaq zərbələrlə rəqib qapıçıya gərginlik yaşadıb. Merab Qiqauri iki, Nikolas Raysellə Rövlan Muradov hərəyə bir dəfə çərçivəni nişan alsa da, hesab dəyişməyib. Görüşün sonluğu da qarşılıqlı hücumlarla keçib. Final fitinə 11 dəqiqə qalmış Anar Nəzirov topu rəqibin ayaqları altından çıxararaq hesabın dəyişməsinə imkan verməyib. Komandamız isə Rodriqo Qattasın uzaq, Murad Musayevin yaxın məsafədən zərbələri ilə təhlükə yaratmağı bacarıb. Beləliklə, “Qəbələ” mövsümə qollu sülhlə start verib.

 

“Qəbələ”

1. Anar Nəzirov (k)

8. Qismət Alıyev

11. Asif Məmmədov

28. Murad Musayev

70. Ülvi İsgəndərov

(74. Yusif Nəbiyev, 85)

77. Merab Qiqauri

32. Nikolas Raysel

22. Rodriqo Qattas

13. Yurqen Qoxa

10. Rövlan Muradov

(17. Yaovi Akakpo, 77)

71. Rüfət Əhmədov

(55. İdris İnqilablı, 46)

 

Ehtiyat oyunçular:

 

94. Tərlan Əhmədli

5. Rasim Ramaldanov

4. Sadiq Quliyev

7. Roman Hüseynov

26. Stefan Vukçeviç

15. Vüsal Məsimov

 

Baş məşqçi: Elmar Baxşıyev

 

“Zirə”

22. Rəşad Əzizli

4. Elvin Camalov

(8. İlkin Muradov, 69)

10. Ağabala Ramazanov (k)

(91. Ruslan Qurbanov, 77)

2. Sertan Taşkın

13. Şəhriyar Rəhimov

3. Ali Sisey

9. Davit Volkov

11. Klesio Bauk

12. Lazar Corceviç

7. Tural Bayramlı

(14. Rəşad Eyubov, 66)

21. Hacıağa Hacılı

 

Ehtiyat oyunçular:

 

62. Abdulla Seyidəhmədov

31. Nail Alışov

5. Kərim Diniyev

17. Kayo Rangel

20. Əli Şirinov

77. Cəlal Hüseynov

6. Ayxan Süleymanlı

 

Baş məşqçi: Rəşad Sadıqov