«Qəbələ» mövsümü məğlubiyyətlə bitirdi
Xəbərlər / 19 May 2013 | 13:22224
«Qəbələ» mövsümü məğlubiyyətlə bitirdi

“İnter” – “Qəbələ” - 1:0 

19 may 2013. Saat 16:00. “Şəfa” stadionu. 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev 
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Vaqif Musayev  
Dördüncü hakim: Elvin Əsgərov  
AFFA nümayəndəsi: Ramiz Mustafayev 
Hakim-inspektor: Məlik Həsənov 
Sarı vərəqələr:  İbrahima Niasse, 40 ; Asif Məmmədov, 79
Qol: Ramil Mansurov, 87
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Qırmızı-qaralar” mövsümün axırıncı turu çəvçivəsində səfərdə “İnter”lə qarşılaşdı. “Qəbələ”nin baş məşqçisi vəzifəsini yerinə yetirən Luis Araqon adəti üzrə yenə gənclərə üstünlük vermişdi. Start heyətdə Tərzin Cahangirov, Kamal Mirzəyev,Ürfan Abbasov, Şəhriyar Xəlilov kimigənc yerli oyunçuların xidmətindən yararlanan ispaniyalı çalışdırıcı matçın gedişində əvəzedici komandanın daha bir üzvü Amil Yunanova da şans verdi. 
Görüşün əvvəli qarşılıqlı hücumlar şəraitində keçdi. Komandamızdan Mustafa Dabo və Şəhriyar Xəlilov, əks tərəfdən isə Asif Məmmədovun zərbəsi 
diqqət çəkdi. Lakin ilk real qol epizodunu məhz “Qəbələ” yaratdı. 30-cu 
dəqiqədə pressinq tətbiq edən futbolçularımız rəqibin cərimə meydançasında 
topa yiyələnsələr də, Mustafa Dabonun zərbəsini “İnter”in qapıçısı qaytardı.Az sonra Mustafa növbəti dəfə əlverişli fürsət yaxaladı. Həmin epizodda futbolda nadir hadisələrdən biri baş verdi. 
Seneqallı hücumçunun zərbəsi qapının əvvəlcə sol, ardınca sağ dirəyinə dəyib, meydançada qayıtdı.
Komandamız ikinci hissəyə də fəal başladı. Ayrı-ayrı epizodlarda 
Nikolya Valentiç, Tərzin Cahangirov,Mustafa Dabo “çərçivə”ni nişan alsalar 
da, rəqib qapısına yol tapmaq mümkün olmadı. Bu azmış kimi, matçın 
87-ci dəqiqəsində “İnter” əks-hücum zamanı qol vurdu. Elə bu qol görüşün 
müqəddaratını həll etdi. Beləliklə, 2012/2013 mövsümündə 38 xal toplayan “Qəbələ” çempionatı 6-cı sırada tamamladı.
 

“İnter”

1. Giorgi Lomaya (k)
5. Slavço Georgievski
20. Brüs Abdullaye
25. İbrahima Niasse
7. Ruslan Əmircanov
18. İlia Kandelaki
47. Abdulla Abatsiyev
(77. Ramil Mansurov, dəq.70)
87. İlqar Ələkbərov
30. Yuri Fomenko
(9. Daniel Genov, dəq.46)
28. Baçana Sxadadze
(91.  Leonardo Roşa, dəq.77)
11. Asif Məmmədov

Ehtiyat oyunçular

96. Elşən Poladov
15. Cəmil Hacıyev
29. Ruslan Cəfərov
21. Arif Daşdəmirov

Baş məşqçi: Kaxaber Sxadadze

“Qəbələ”

30. Anar Nəzirov
6. Nikola Valentiç
8. Kristian Pulhak
(99. Amil Yunanov, dəq.61)
14. Mustafa Dabo 
15. Omar Kalabane
21. Elmar Baxşıyev (k)
23. Şəhriyar Xəlilov
(19. Rövşən Əmiraslanov, dəq.59)
34. Ürfan Abbasov
35. Tərzin Cahangirov
37. Kamal Mirzəyev
(11. Yannik Kamanan, dəq.64)
84. Dejan Kelhar

Ehtiyat oyunçular:

25. Dieqo Kosta Silva
5. Luka Zinko
28. Müşfiq Teymurov
31. Ramazan Həsənov

Baş məşqçi: Luis Araqon